Parisli ailənin sərgüzəştləri nümayiş olunacaq
1751
"Park Cinema” kinoteatrında Fransa istehsalı olan "Bu yeni dünya” (La Crosaide) filmi nümayiş olunacaq.
Komediya janrında çəkilən film parisli bir ailənin - Abel, Mariann və Jozefin həyatından bəhs edir.
Jozef planeti xilas etmək üçün bir layihədə iştirak edir və məhz bundan sonra onların həyatı alt-üst olur…
Filmdə əsas rolları Lui Qarrel ("Zabit və casus”, "Xəyalpərəstlər”, "Bütün mahnılar yalnız sevgi haqqındadır") və Letisiya Kasta ("Apaçi”, "Üz”, "Kabusun arxasındakı kabus”) ifa ediblər. Bu, "Ən dürüst adam” filmindən sonra onların ikinci birgə işidir.
Filmin rejissoru və ssenaristi olan L.Qarrel ötən il bu filmi Kann Film Festivalında nümayiş etdirib.
Qeyd edək ki, "Bu yeni dünya” aprelin 13-də saat 19:00-da Park Cinema Park Bulvar kinoteatrında bir dəfə nümayiş olunacaq.
Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu tərəfindən təşkil edilən tədbirə giriş sərbəstdir.