\
24 Aprel 2024 - Çərşənbə

Tanınmış bloqqer bu görüntülərə görə həbs edildi

Tanınmış bloqqer bu görüntülərə görə həbs edildi
1666baxış

Azərbaycanlı bloger narkotikdən istifadə etdiyini göstərən videoları sosial şəbəkələrdə yerləşdirdiyinə görə həbs edilib.

Mediapress.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsi  29-cu polis bölməsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində sosial şəbəkələrdə Cəmil Quliyev kimi tanınan blogger saxlanılıb.

Axtarış zamanı onun üzərindən metamfetamin (“patı”) aşkar edilib. Cəmil Quliyev barəsində tərtib olunmuş protokol Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə bloqqerə iki aylıq inzibati həbs cəzası verib.