\
23 Oktyabr 2024 - Çərşənbə

Sədaqət Arifqızı: "Bu mahnıya yeni nəfəs verildi" - EKSKLÜZİV - VİDEO

Sədaqət Arifqızı: "Bu mahnıya yeni nəfəs verildi" - EKSKLÜZİV - VİDEO
1379baxış

Mediapress.az xəbər verir ki, tanınmış bəstəkar Sədaqət Arifqızı məhəbbət şairi Nüsrət Kəsəmənlinin "Bir də geri qayıdarmı?" şeirinə bəstələdiyi mahnını müğənni Pərviz Məmmədovun ifasında dinləyib və çox bəyənib. “Mərhum Nüsrətin şeirləri o qədər ürəyəyatımlıdır ki, sanki bəstə öz-özünə yaranır. Heç bir çətinlik çəkmədən. Ruhu şad olsun. Gözəl şeirləri əbədi yaşayacaq! Bu mahnıya yeni nəfəs verildi. Pərvizin ifasında çox bəyəndim”, – deyən Sədaqət xanım 2018-ci ildə yeni mahnılarını təqdim edəcəyini də vurğuladı.

Şəlalə Nəriman