\
27 Aprel 2024 - Şənbə

Murad Arifin bağ evinə ayı girdi - Video

Murad Arifin bağ evinə ayı girdi - Video
1609baxış

Bəstəkar-müğənni Murad Arifin başına iş gəlib.

Oxu.Az xəbər verir ki, M.Arifin bağ evindəki həyətinə ayı balası girib. Bununla bağlı ifaçı “Facebook” hesabında paylaşım edib.

“Mənim həyatımda bir tək ayı çatışmırdı. Səhər saat beşin yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur - red.) hasarına cumur, yaxınlaşanlara hücum edirdi. Bağımızda yaşayan ailə gecəylə video çəkib göndərib. Yatmışdım, indi xəbər tuturam. Ayı da hasardan qaçıb gedib. Xatırladıram ki, Novxanı-Qurd dərəsi zonasında ayılar olmur. Bu, kiminsə kəsib-yemək üçün saxladığı heyvan imiş, qurtulub”, - deyə o, sözlərinə əlavə edib.

Sözügedən paylaşımı təqdim edirik: