\
18 Aprel 2024 - Cümə axşamı

Qüvvətli Tor “CinemaPlus” ekranlarında

Qüvvətli Tor “CinemaPlus” ekranlarında
1552baxış

 “CinemaPlus” kinoteatrlar şəbəkəsində İyulun 7-dən etibarən Marvel Studiya tərəfindən yaradılmış Amerika superqəhrəman – “Tor: Sevgi və İldırım” filminin nümayişinə başlayacaq.

Rejissor və ssenari müəllifi Tayka Vaytiti. Tor rolunu Kris Hemsvort oynayır. Rollarda həmçinin beş Oskar laureatı var: Kristian Beyl, Mett Deymon, Natali Portman, Tayka Vaytiti və Rassel Krou.

“Tor: Sevgi və İldırım” yeni qadın ildırım tanrısının ortaya çıxmasından bəhs edəcək. Natali Portman Torun keçmiş sevgilisi kimi qayıdacaq və onun qadın versiyası olacaq. Filmdə tamaşaçıya artıq tanış olan personajlar görünəcək.
Ekranda pərəstişkarlar Ulduzlu Lord, Valkyriya, Draks, Grandmaster və digər personajları görəcəklər. Qəhrəmanlar birlikdə tanrı qatilinin qisasının sirrini açıb və çox gec olmadan onu dayandırmaq üçün qorxulu kosmik macəraya başlayırlar.

“Tor 4” Marvel kino kainatının yeni mərhələsinə qədəm qoyacaq.

Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Tor: Sevgi və İldırım” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.