\
11 May 2024 - Şənbə

“CinemaPlus” açıq havada yay kinoteatrını yenidən açıb

“CinemaPlus” açıq havada yay kinoteatrını yenidən açıb
1755baxış

Şamaxı şəhərində, Abqora restoranının ərazisində, CinemaPlus və Meysəri şərablarının birgə layihəsi çərçivəsində “Open Air Cinema”artıq fəaliyyətdədir.

Mediapress.az xəbər verir ki, hər həftənin sonu 5, 6 və 7-ci günlər və bayram günlərində qonaqlar açıq havada yeni filmləri izləyə bilərlər.

Filmlər və seanslar haqqında məlumatı "CinemaPlus” kinoteatrlar şəbəkəsinin saytında və sosial şəbəkələrindən əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün +994 55 756 66 55 nömrəsi ilə əlaqə saxlamaq olar.