\
2 Oktyabr 2022 - Bazar günü

Marvel sevərlər Park Cinema-da! - VİDEO

Marvel sevərlər Park Cinema-da! - VİDEO
1801baxış
7 iyulda Park Cinema-da “Tor: Məhəbbət və İldırım” filminin xüsusi nümayişi keçirilib.
 
Mediapress.az-ın məlumatına görə, tədbirdə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Ənənəyə sadiq qalaraq Park Cinema tərəfindən “Marvel” sevərlər üçün xüsusi şou hazırlanıb. Nümayişdə İldırım tanrısı olan Torun Azərbaycanda döyüşü keçirilsə idi necə olardı sualının cavabı Park Cinemaya məxsus tərzdə cavabını tapıb.
 
Belə ki, "TikTok"da yerli məhşurlardan Kənan MM və Mark Kimin Tor ilə döyüşü ekranlarda nümayiş olunub. Tor və filmin mənfi personajı Qorun döyüşü canlı olaraq səhnədə nümayiş olunub.
“Tor: Məhəbbət və İldırım” filmi “Marvel” kino studiyası tərəfindən çəkilib və Tor superqəhramanının artıq dördüncü filmidir. Baş rollarda Kris Hemsvort, Natali Portman, Kristian Beyl və digər tanınmış aktyorlar çəkiliblər. 
 
Azərbaycan tamaşaçıları “Tor: Məhəbbət və İldırım”  filminə daha həcmli və real görüntü üçün yalnız Park Cinema Flame Towers-də IMAX zalında baxa bilərlər. Həcmli səsdən Park Cinema Metroparkdaki Dolby Atmos zalında, dəqiq təsvirdən isə Park Bulvardaki Park Cinema LaseR zalında zövq almaq mümkündür. 
Şəhərkənarı istirahət və "bağçılar" üçün xüsusi olaraq Park Cinema Zaqulba Mall fəaliyyət göstərir. Tamaşaçılara daha yaxın olmaq üçün yeni açılan Park Cinema Aygun Mall kinoteatrından yararlana bilərsiniz.