\
23 Noyabr 2024 - Şənbə

"Məni təhdid edirlər!" - Mehriban Xanlarova

"Məni təhdid edirlər!" - Mehriban Xanlarova
2181baxış

Əməkdar artist Mehriban Xanlarova təhdid olunur.

O, bu barədə “Space” TV-də yayımlanan “Onda başladıq” verilişində məlumat verib.

O, efir vasitəsilə mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edib. M.Xanlarovanın sözlərinə görə, aktrisanı ölkədən sürgün etməklə təhdid edirlər:

“Mən rəsmi qaydada müraciət etmişəm. Oradan bu gün bildirdilər ki, bir ay sonra cavab veriləcək. Əgər mənim yaşamamda, hər şeyimdə təhdid varsa, dərdimi kimə deməliyəm? Əməkdar artist adının əlindən almaqla, ölkədən sürgün etməklə, pambıqla başımı kəsməklə, efirlərə qadağa qoymaqla qorxudurlar. Bir təhdidlərini artıq gerçəkləşdiriblər.

"Məni məmurlar biri Prezident mükafatından azad etdirib!”