\
29 Mart 2024 - Cümə

Türk komediya filmi Bakı ekranlarında!

Türk komediya filmi Bakı ekranlarında!
1750baxış
Bu gündən etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində "Ah be! Birader” türk komediya filminin nümayişi başlayır.
 
Filmin rejissoru Ahmet Kapucudur. 
 
Baş rollarda Ufuk Özkan, Anıl İlter, Serkan Kuru çəkilib. 
 
Film bir-birindən fərqli həyatlara sahib olan iki qardaşın hekayəsindən bəhs edir.
 
Orxan çox iddialı və qorxmazdır, sələmçiliklə məşğul olur. 
 
Yeraltı dünyanın sayılan və sevilən insanıdır. Əli isə çox utancaqdır. 
 
O, evlənmək istədiyi qadına üzük alarkən, oğurluq hadisəsinin tam ortasına düşür. 
 
Başına hər cür bəla gələn Əli düşdüyü vəziyyətdən qurtulmaq üçün sələmçi qardaşına sığınır.