\
23 Noyabr 2024 - Şənbə

71 yaşlı Elton Con əri ilə İrəvana səfər etdi - Karlar üçün aksiya

71 yaşlı Elton Con əri ilə İrəvana səfər etdi - Karlar üçün aksiya
1730baxış

Elton Con Ermənistanın paytaxtı İrəvana səfər edib.

Mediapress.az NEWS.am STYLE-a istinadə xəbər verir ki, 71 yaşlı müğənni səfərə əri Devid Fernişemlə gəlib. Cütlük aeroportun prezident terminalından çıxdıqdan sonra jurnalistlərin salamını almaqla kifayətlənib. Məlumatda bildirilir ki, budəfəki səfər ABŞ-ın Starkey xeyriyyə aksiyası çərçivəsində qulaq aparatlarının istehsalına ianə toplamaq üçün təşkil olunub.

Qeyd edək ki, bu xəbər adıçəkilən şirkətin Ermənistan təmsilçiliyində təsdiqini tapmayıb.