\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

"Sən axı qiraətçisən, oxumağı da bacarmırsan” - Faiq Ağayev - VİDEO

"Sən axı qiraətçisən, oxumağı da bacarmırsan” - Faiq Ağayev - VİDEO
1481baxış

"Açıq pəncərə” proqramının növbəti qonağı olan xalq artisti Faiq Ağayev bəzi həmkarlarına söz atıb: 

 "İnsan var ev alıb, divar kağızları belə vurulmayıb, amma 2 metrlik televizor alıb. Tanıdığım bir adamın tanışıdır. Döşəməsi yoxdur, həyat yoldaşının, özünün geyimi var, buna pul xərcləmir, gedib özünə borca televizor alır. İnsan yalnız mənəvi cəhətdən kasıb ola bilər. Müğənnilər üçün də eynidir. Deyir ki, ayaqqabımın qiyməti 5 min avrodur. Sən o ayaqqabını geyinməklə Luçano Pavarotti, Madonna, Şövkət Ələkbərova oldun? Sən axı qiraətçisən, oxumağı da bacarmırsan”.