\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Yaqut Nəriman yeni klipini təqdim etdi - EKSKLÜZİV - VİDEO

Yaqut Nəriman yeni klipini təqdim etdi - EKSKLÜZİV - VİDEO
1751baxış

Tanınmış müğənni Yaqut Nəriman yeni klip çəkdirib. Belə ki, o, sözləri və musiqisi Arzu Abbasovaya aid olan “Ağlama, yarım” mahnısını lentə aldırıb. Onu da əlavə edək ki, klipin rejissoru da elə Arzu Abbasovadır.

“Uşaq vaxtı “Montin”dəki parka tez-tez gedərdik. Bacım jurnalist Şəlalə ilə. Orda uşaqlıq arzularımız, xatirələrimiz var. Mən həmişə müğənni, bacım isə jurnalist olmaq istəyini dilə gətirirdi. Çox silinməz xatirələrim var o parkda. Gerşəkləşən arzularım da oldu, olmayanı da... İnşallah, Allah nəsib edər hamısını bir-bir həyata keçirərik. Əsas sağlamlıqdır. Bu Ramazan ayında Allah-Təaladan hamıya can sağlığı arzulayıram. İnanın, kim sağlamdırsa, demək ən varlı, ən xoşbəxt adamdır. Yeri gəlmişkən, fürsətdən istifadə edib, oruc tutanların orucunun qəbul olunmasını diləyirəm”- deyə Mediapress.az –a açıqlama verən Yaqut Nəriman il ərzində daha bir neçə mahnı üzərində işləyib, kliplər çəkdirəcəyini də bildirdi.

Hazırladı: Könül AYPARA