Roseanne Barr irqçi fikirlərinə görə cəzalandırılıb
1747
Amerika Birləşmiş Ştatlarının məşhur aktrisası Roseanne Barr sosial mediadakı səhifəsində ABŞ-ın sabiq Prezidenti Barak Obamanın xanım məsləhətçisi Valerie Jarreti haqqında irqi ayrı-seçkiliklə bağlı paylaşdığı fikrə görə cəzalandırılıb.
Aktrisa bu hərəkətinə görə ABC kanalında yayımlanan serialdakı rolundan uzaqlaşdırılıb.
Məsələyə münasibət bildirən Valerie Jarreti bildirib ki, yəqin aktrisa paylaşdığı fikrin mahiyyətini dərk etməyib.
Roseanne Barr isə hərəkətindən peşman olduğunu deyib. O, etdiyi əməli pis zarafat adlandırıb və buna görə üzr istəyib. (Azərtac)