Konçita yenidən kişi oldu
1789
Məşhur avstriyalı müğənni Konçita Vürst (Tomas Noyvirt) inanılmaz dərəcədə dəyişib.
29 yaşlı trans ifaçı kişi görkəminə geri qayıdıb.
Onun sosial şəbəkələrdə paylaşdığıfotolarda idmançı görkəmli cüssəli bədəni çoxlarını təəccübləndirib. Artıq 1 aydır bu görkəmdə görünən Konçita bir daha qadın paltarları və aksessuarlarından istifadə etmək istəmədiyini açıqlayıb.
Konçita sevərlər müğənnidəki bu radikal dəyişikliyə məyus olublar. Hətta onun fotolarının altına "Konçita öldü" yazanlar da olub.
Musiqiçi bu görünüşdə ilk olaraq "Rock me amadeuso" mahnısına çəkdirdiyi musiqi çarxında görünüb.
Xatırladaq ki, Konçita Vürst 2014-cü ildə “Eurovision” müsabiqəsinin qalibi olduqdan sonra Azərbaycanda məşhurlaşmışdı