\
23 Oktyabr 2024 - Çərşənbə

Azərbaycanın yeni filmi ekranlara gəlir! - "MƏN KLONAM" EKSLKLÜZİV - FOTOLAR

Azərbaycanın yeni filmi ekranlara gəlir! - "MƏN KLONAM" EKSLKLÜZİV - FOTOLAR
1755baxış

Yanvar ayının 1-dan etibarən hər kəs izləyə bilər

Mediapress.az xəbər verir ki, Azərbaycan teleməkanına “Mən klonam” adlı qısa metrajlı dram daxil olur. Film real hadisələrə əsaslanaraq lentə alınıb. Həmçinin son dərəcə düşündürücüdür.

Xatırladaq ki,  “Mən klonam” filmini “Baku Art Lab” şirkəti ərsəyə gətirib. Baş prodüser Vüqar Təhməzov, ssenari müəllifi və quruluşçu rejissoru isə Samir Qulamovdur. Filmdə Şəhriyar Əbilov, Aynur Əbilova, Əjdər Zeynalov, Rəşad Kəsəmənli, Könül Cəfərzadə, Rüfət Umidov və başqaları çəkiliblər.

Tamaşaçılar “Mən klonam” filminə yanvar ayının 19-dan etibarən bütün “Park Cinema”larda baxa bilərlər. Yanvarın 16-da isə filmin Qala gecəsi baş tutacaq.

Yaradıcı heyətə uğurlar arzulayırıq.

Hazırladı: Könül AYPARA