\
19 Mart 2024 - Çərşənbə axşamı

Bu dəfə ulduzlar "Yanardağ" da - Video

Bu dəfə ulduzlar "Yanardağ" da - Video
1502baxış
19 mart tarixində Yanardağ Dövlət Tarixi-Mədəniyyət və Təbiət Qoruğunda “Bahaar Festival”I keçiriləcək.
 
Mediapress.az-ın məlumatına görə, "Tam Sənə Görə" komandasının təşkilatçılığı ilə baş tutacaq gecədə məşhurlar arasında 2008 və 2015-ci illərdə Azərbaycanın "Eurovision" təmsilçisi Elnur Hüseynov, "Səs Azərbaycan" yarışmasının qalibi, həmçinin 2022-ci il "Eurovision" təmsilçimiz Nadir Rüstəmli, bəstəkar-müğənni Sivva, gənc ifaçı Dəniz də yer alacaq. 
 
Bundan əlavə olaraq Novruz atributları olan Kosa, Keçəl və Bahar qızı, DJ çıxışı olacaq və müxtəlif növ master-klasslar keçiriləcək.