\
24 Aprel 2024 - Çərşənbə

Nigar Camal Londonda BBC1 kanalının qonağı olub - Foto

Nigar Camal Londonda BBC1 kanalının qonağı olub - Foto
1535baxış
“Avroviziya” qalibimiz Nigar Camal Londonda BBC1 kanalının qonağı olub.
 
Mediapress.az-ın məlumatına görə, verilişə çəkilmək üçün özəl dəvət alan sənətçi müsabiqənin builki finalından 1 saat öncə yayımlanacaq layihədə qonaq olacaq.
 
Son 26 ildə Birləşmiş Krallığın yeganə britaniyal qalibi olan Nigar proqramda müsabiqə ilə bağlı bir çox məqamlara aydınlıq gətirib və sualları cavablandırıb.
 
Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov 2011-ci ildə “Runing Scared” mahnısı ilə müsabiqənin qalibi olub. Onlar son 12 il ərzində dünyanın müxtəlif ölkələrində “Avroviziya” ilə bağlı layihələrdə, həmçinin, seçim gecələrində iştirak ediblər və səhnə alıblar.