Ağır qəzaya düşən Türkan Vəlizadə bu gün əməliyyat olunacaq
1799
Meyxanaçı Pərviz Bülbülə ilə oxuduğu duetlərlə məşhurlaşan Türkan Vəlizadə əməliyyat olunacaq.
Bu barədə musavat.com-a onun mətbuat katibi məlumat verib: "Yarım saat sonra əməliyyata girir. Türkanın ayağı və çiyni sınıb. Ayağına görə əməliyyata salırlar. Onunla birgə avtomobildə olan müğənni Zeynəb Həsəninin durumu daha yaxşıdır. Onun əməliyyata ehtiyacı yoxdur. 40 gün gipsdə qalacaq”. Qeyd edək ki, Türkan Vəlizadə cümə axşamı qəzaya düşüb. Yağışlı havada yol sürüşkən olduğu üçün o idarəni itirib. (Sfera.az)