Nigar Camal qızını belə təbrik etdi
1536
Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal qızı Jasminlə bağlı paylaşım edib.
Sənətçi sosial şəbəkə hesabında övladının vizaj edilən zaman çəkilən görüntülərini izləyiciləri ilə bölüşərək, 17 yaşı olması münasibəti ilə təbrik edib.
“17-ci ad günün mübarək, mənim balacam”, - deyə Camal qısa şərh yazıb.
Qeyd edək ki, Nigar Camalın Jasmin və Səidə adlı iki qızı var. Onlar Londonda yaşayır. Jasmin peşəkar futbol ilə məşğul olur.