Orxan Zeynallı ilə keçmiş "Dəyirman"çının birgə layihəsi - Onlar "Öz aramızdır" deyir...
1548
14 mayda konsert verməyə hazırlaşan reper Orxan Zeynallı keçmiş “Dəyirman” qrupunun üzvü, hazırda Nyu-Yorkda yaşayan reper L-Mirlə duet oxuyub.
Mediapress.az xəbər verir ki, “Öz aramızdır” adlı mahnı dijital platformalarda və Orxanın rəsmi youtube kanalında paylaşılıb.
Uzun illərdir Azərbaycandan köçüb ABŞ-də yaşayan sənətçilər trekin sözlərini birgə yazıblar. Musiqi isə Clavisə məxsusdur.
Qeyd edək ki, reper ötənilki anşlaq konsertlərindən sonra yenidən Elektra Events Hallda səhnəyə çıxacaq.