\
8 Sentyabr 2024 - Bazar günü

Aiseldən “ON”luq layihə

Aiseldən “ON”luq layihə
1296baxış

Bəstəkar-müğənni Aisel (Aysel Məmmədova) “ON” adlı albomunu təqdim edib.

Mediapress.az xəbər verir ki, “SS production” şirkəti tərəfindən hazırlanan albomdakı “Dönən deyiləm” mahnısının sözləri Nəriman Abbaszadəyə, “Unuda bilmədim” mahnısının sözləri Jay Hun-a, digər mahnıların sözləri və bütün bəstələri ifaçının özünə aiddir.  Albomdakı mahnıların aranjimanı, miks və masterinqi Emin Kərimə (STKHA) məxsudur.

Albom əsasən pop janrında hazırlansa da, mahnılarda elektronik və etkin janrların elementlərindən istifadə olunub. İfaçı bu albomda daha çox ritmik mahnılara yer verib. Albomu bütün rəqəmsal musiqi platformalarından yükləyə və dinləyə bilərsiniz.

Tanıtım sinqlı olaraq seçilən “Qardan qara” mahnısının sözləri, musiqi ritmləri və ona çəkilən klipdə bizə tam başqa Aisel göstərilir.

40-dan çox heyət üzvünün iştirak etdiyi və 22 saat ərzində çəkilən klipdə Aisel 6 peşəkar rəqqasə ilə rəqs edir. Elektronik musiqi və muğam sintezi ilə təqdim hazırlanan mahnını və ona çəkilmiş klipi Aiselin rəsmi yutub kanalından izləyə bilərsiniz.