\
28 Mart 2024 - Cümə axşamı

Bakıda "Edis rüzgarı" əsdi - Fotolar

Bakıda "Edis rüzgarı" əsdi - Fotolar
1424baxış

Türkiyəli müğənni Edisin “Baku Crystall Hall”da solo konserti baş tutub. 

Mediapress.az xəbər verir ki, Edisin çıxışından əvvəl Köfn qrupu səhnə alıb.

Daha sonra səhnəyə Edis çıxıb. 9 min nəfərin izlədiyi konsertdə əsl izdiham yaşanıb.

Tamaşaçıları salamlayan Edis “Baku Crystall Hall”da çıxış edən ilk türkiyəli müğənni olduğundan sevinc hissi keçirdiyini bildirib: "Düz 1 il əvvəl Bakıya gəlmişdim. Uzun zamandır konsert etmirdik, yenə Bakıda başladıq. Sizi çox sevirəm. Özümü bura aid hiss edirəm. Xoş gəlmisiniz. Yaxşı ki gəldiniz, yaxşı ki mənimləsiniz. Burada konsert verən ilk türkiyəli sənətçiyəm. Sağ əlim onların başına”.

Müğənni konsert ərzində ən hit və sevilən, eləcə də bir yeni mahnısını səsləndirib.