\
4 Iyun 2023 - Bazar günü

Tarkan Almaniyada səs verdi

Tarkan Almaniyada səs verdi
1302baxış

Məşhur müğənni, meqastar Tarkan Türkiyədə mayın 14-ü keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq səsvermə prosesinə qatılıb.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşdığı fotolara “Mən səsimi verdim. Vətənə, millətə xeyirli olsun” sözlərini yazıb. 

Hazırda Almaniyada olduğu bildirilən müğənni məntəqələrdən birində səsini verib.