\
8 Sentyabr 2024 - Bazar günü

Çelik Bakıya gəlir

Çelik Bakıya gəlir
1344baxış

"Sevənler anlar", "Hercai", "Meyxanaçı" və s. bir çox məşhur mahnıların ifaçısı, türkiyəli müğənni və bəstəkar Çelik Erişçi Bakıya gəlir.

Mediapress.az xəbər verir ki, Çelik "EMKI Production"un təşkilatçılığı ilə iyunun 10-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

20-dən çox albom müəllifi olan sənətçi bir-birindən gözəl musiqiləri ilə sevənlərinin qarşısında çıxış edəcək.

Biletləri iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.