\
8 Sentyabr 2024 - Bazar günü

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verdi

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verdi
1388baxış

İyunun 10-da Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Çelikin konserti təşkil olunub.

Mediapress.az xəbər verir ki, iyirmidən çox albom müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib.

Türk pop ifaçısı Çelik dillər əzbəri olan mahnıları ilə tamaşaçılara xoş anlar bəxş edib. Konsert proqramı gurultulu alqışlarla qarşılanıb.