\
23 Noyabr 2024 - Şənbə

Fransız firması Rusiya pasportlarından çəkmə tikdi - Müəllif gürcüdür

Fransız firması Rusiya pasportlarından çəkmə tikdi - Müəllif gürcüdür
1928baxış

Fransanın Vetements brendi Rusiyanın xarici pasportlarının motivində çəkmə hazırlayıb. İdeya müəllifi əslən gürcü olan Demna Qvasaliyadır. İti uclu “şpilka” çəkmə al qırmızı rəngli materialdan hazırlanıb. 

Mediapress.az RİA Novosti-yə istindən xəbər verir ki, çəkmədə pasportun bütün nişanələri olsa da, ikibaşlı qartalın bir başı pəncə hissəyə yaxın verilib. Bu isə çoxsaylı tənqidçilərin narazılığına səbəb olub. 

Instagram şəklindən göründüyü kimi, yeni ideya qüsurlarla doludur.

Xatırladaq ki, Vetements firması 2009-cu ildə gürcü dizayner tərəfindən təsis olunsa da, yeni trendləri ilə bazara qısa zamanda daxil ola bilib. Firma paltar və ayaqqabı istehsalı üzrə ixtisaslaşıb.

Demna Qvasaliya uzun müddət Maison Margiela, Marc Jacobs və Louis Vuitton kimi moda nəhəngləri ilə çalışıb. 2015 –ci ildə o, məşhur Balenciaga moda evinin kreativ direktoru seçilib.