\
31 May 2024 - Cümə

"Gizli Zərbə" filminin premyerası keçirildi - ParkCinemada

"Gizli Zərbə" filminin premyerası keçirildi - ParkCinemada
1508baxış

5 iyul tarixində Park Cinema Alov Qüllələri kinoteatrında "Gizli Zərbə" filminin qapalı nümayişi keçirildi.


Mediapress.az xəbər verir ki, filmin nümayişindən öncə, qonaqlar filmə həsr olunan, əyləncə dolu tədbirdə iştirak etdilər.

 

Tədbirdə 280 nəfərə yaxın qonaq iştirak etdi, bunların arasında KİV nümayəndələri, blogerlər,aktyorlar, mədəniyyət və incəsənət xadimləri yer aldılar.

 

Qeyd edək ki, "Gizli Zərbə" filminin qapalı nümayişi rəsmi premyeradan 2 gün öncə keçirildi və nümayişdə iştirak edənlər filmi ilk izləyənlərdən oldu.

 

Baş rollarda Ceki Çan və Con Sinanın olduğu filmdə, iki keçmiş xüsusi təyinatlı əsgərin, İraqda xilasetmə əməliyyatından behs edilir. Böyük qarət həyata keçirmək istəyən dəstənin qarşısını yalnız baş qəhramanlarımız ala bilər.

 

Tamaşaçılar 27 iyul tarixindən etibarən "Gizli Zərbə" filminə Park Cinema şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall kinoteatrlarında izləyə bilərlər.

 

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində “Super Gün”, “Tələbə” və “Ailə Tarifi” aksiyaları davam edir və "Gizli Zərbə" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Biletləri www.parkcinema.az saytından və ya kinoteatr kassalarından əldə edə bilərsiniz.

Könül Aypara