\
27 Iyul 2024 - Şənbə

Tarkan Bakıya gəlməyə hazırlaşır - VİDEO

Tarkan Bakıya gəlməyə hazırlaşır - VİDEO
1560baxış

Türkiyənin meqastarı Tarkan Tevetoğlu Azərbaycana gələcək. 

Mediapress.az xəbər verir ki, bununla bağlı ölkəmizdə bilet satışı ilə məşğul olan "iticket.az" saytı sosial şəbəkə hesabında məlumat yayıb.  

Bildirilib ki, Tarkan paytaxt Bakıda "Kristal Hall"un səhnəsində canlı solo konsert proqramı ilə çıxış edəcək. Pop ulduzun musiqili gecəsinin nə zaman baş tutacağı ilə bağlı heç bir informasiya verilməyib.  
Qeyd edək ki, Tarkan Bakıda sonuncu dəfə 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisinin ilk günündə konsertlə çıxış edib.  

Könül Aypara