\
27 Iyul 2024 - Şənbə

Qafqazın ən böyük yay konsertləri festivalı olan “Dalğa Fest”in qonağı Murat Boz olacaq

Qafqazın ən böyük yay konsertləri festivalı olan “Dalğa Fest”in qonağı Murat Boz olacaq
1627baxış

Qafqazın ən böyük yay konsertləri festivalı olan “Dalğa Fest”in növbəti möhtəşəm konsertinə sayılı günlər qalır. 

Azərbaycanın və Qafqazın ən böyük istirahət mərkəzi olan “Dalğa Beach”də keçirilən festival çərçivəsində növbəti ulduz qonaq Türkiyənin superstarı Murad Boz olacaq.

Super hitlərin ifaçısı olan Murat Boz 12 avqust “Dalğa Fest”də bütün sevilən mahnılarını sevənləri üçün ifa edəcək. Məhz həmin gün konsert sizə unudulmaz anlar yaşadacaq.

Mediapress.az-ın mlumatına görə, indiyədək türkiyəli superstara bir neçə dəfə Bakıda açıq hava altında konsert vermək təklifi edilsə də, heç vaxt razılaşmayıb. Bu, Murat Bozun Azərbaycanda açıq hava altında ilk solo konserti olacaq.

Biletləri “Dalğa Beach”dən, iticket.az-dan və şəhərin bütün kassalarından əldə etmək mümkündür.

Unudulmaz və ölkəyə səs salacaq konsert yeddi min nəfərlik geniş məkanda baş tutacaq.

Biletlərin qiyməti 30 AZN-dən başlayır.

Konsertə böyük maraq səbəbindən artıq kassada məhdud sayda biletlər qalıb.

Qeyd edək ki, “Dalğa Fest”də artıq bu yayın ən böyük iki konserti - Xalq artistləri Miri Yusifin və Röya Ayxanın konsertləri böyük izdihamla baş tutub.

Xatırladaq ki, Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17,2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir.