"Nikosayağı" adı ilə tanınan bloqer xəstəxanadan evə buraxıldı - Açıqlama
1931
“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli xəstəxanadan evə buraxılıb.
Mediapress.az bildirir ki, bu haqda Teleqraf.com-a bloqerin atası, nevropatoloq Nafiz Mütəllimov məlumat verib.
"Oğlum dünən xəstəxanadan evə buraxılıb. Bir az qolunda ağrı var. Əvvəlkinə nisbətən səhhəti yaxşıdır", - o deyib.
Qeyd edək ki, Nicat Şakirli bir müddət əvvəl avtomobil qəzası keçirib. Qəzada onun dostu Ruslan Məmmədov vəfat edib.