\
13 Iyun 2024 - Cümə axşamı

Mehin klipi üçün fərqli obrazda - Fotolar - VİDEO

Mehin klipi üçün fərqli obrazda - Fotolar - VİDEO
1718baxış

Uzun illər sonra müğənnilik fəaliyyətinə start verən Mehin Hümbətova bu sezon da iddialıdır. SİA xəbər verir ki, aparıcılıq fəaliyyəti də davam edən sənətçi “Sən yoxsan” adlı yeni mahnısını və klipini rəsmi hesablarında paylaşıb.

Söz və musiqisi RZZA-ya məxsus mahnı üçün Mehin fərqli obrazda tanınmış fotoqraf Azər Jafarın kamerası qarşısına keçib.

İlk debütünü edən Azərin Hümbətovaya çəkdiyi klip Xızıda lentə alınıb.

 

“Klipdə oğlanın bitməyən sevgisindən, Mehinin o sevgidən həm qaçmağı, həm də arzulamağından bəhs edilir. Eyni zamanda bu qaçışın necə çətin və ağır olduğu göstərilir. Mehin arzusunda olduğu sevgiyə qovuşduğu anları isə rəqslə təsəvvüründə canlandırır”, - deyə, rejissor bildirib.

Qeyd edək ki, ekran işi üzərində 20-dən çox komanda üzvü çalışıb. Rəqslər üçün Mehin günlərlə dərs alıb.

Müəllif: Günel Ayxan