\
8 Sentyabr 2024 - Bazar günü

Xatun Əliyeva ilkə imza atdı - FOTOLAR

Xatun Əliyeva ilkə imza atdı - FOTOLAR
2903baxış
Müğənni Xatun Əliyeva tanınmış klarnet ifaçısı Seymur Kərimovla işbirliyinə başlayıb. Mediapress.az-ın məlumatına görə, 1 aya yaxındır ki, musiqiçi və müğənni xüsusi repertuarla birlikdə toylara, tədbirlərə dəvət alırlar. Bundan sonra sevdiyiniz türk mahnılarını müğənni sizin üçün canlı-canlı Seymur Kərimovun müşayiəti ilə ifa edəcək. Müğənni artıq bununla bağlı bir klip də ərsəyə gətirib. Qeyd edək ki, layihənin bədii rəhbəri və ideya müəllifi Seymur Kərimovun özüdür. Xatun Əliyeva bu yeniliyə müğənnilər arasında imza atan ilk sənətçidir. Günel Ayxan