\
27 Iyul 2024 - Şənbə

Zeynəb Həsəni və Talıb Tale sevgilidir?

Zeynəb Həsəni və Talıb Tale sevgilidir?
1102baxış
Atv telekanalında yayımlanan "Rəngarəng səhər” verilişinin qonağı olan Zeynəb Həsəni və Talıb Tale haqlarında çıxan eşq dediqodularına cavab veriblər.
 
AZXEBER.COM xəbər verir ki, bu söz-söhbətin artıq illərdir davam etdiyini deyən Zeynəb dediqodulara belə son qoyub:

" Biz dostuq. Sənət dostu. İllərdir fanatlarımız bizi bir-birimizə yaraşdırır. Hər gün instaqramda bu haqda rəylər yazılır. Oxuyuram mənə də şox olur. Amma ilk gündən necə tanış olmuşuqsa, bu gün də münasibətimiz elə davam edir, dost kimi”.
 
Talıb Tale isə məsələyə bir başqa tərəfdən yanaşaraq : 
 
" Mənə çox deyən olub ki, al da o qızı. Yaxşı qızdır. Xalalarım, bibilərim Zeynəbi çox bəyənir. Yaraşdırır bizi” deyə bildirib.