\
27 Iyul 2024 - Şənbə

Əməkdar artistlər "smaylik"ə görə 100 min manat itirdilər - Video - VİDEO

Əməkdar artistlər "smaylik"ə görə 100 min manat itirdilər - Video - VİDEO
1607baxış
Dünyaca məşhur yarışma “Düşən pullar” verilişinin 2-ci buraxılışı yayımlanıb. 
 
Mediapress.az-ın məlumatına görə, AzTV-də yayımlanan layihənin bu dəfəki qonaqları Əməkdar artistlər Nahidə Orucova və Nicat Kazımov olub. 
 
Onlar gərgin mübarizəyə qoşularaq 100 min manat uğrunda yarışıblar. 5-ci suala kimi 100 min manatla gələn iştirakçılar 5-ci sualda çətin anlar yaşayıblar. Əməkdar artistlər "smaylik"lə bağlı suala səhv cavab verərək 100 min manatın hamısını itiriblər. 
 
Layihənin aparıcısı Şəhriyar Əbilovdur.
 
"Düşən pullar" layihəsi hər şənbə günü saat 22:00-da AzTV-də yayımlanacaq.