\
25 Aprel 2024 - Cümə axşamı

“CinemaPlus” Dubayda keçirilən forumda Azərbaycanı təmsil edib

“CinemaPlus” Dubayda keçirilən forumda Azərbaycanı təmsil edib
1389baxış

“CinemaPlus” Dubayda keçirilən forumda Azərbaycanı təmsil edib

Mediapress.az-ın məlumatına görə, Forumda Hollivud və Avropa kinostudiyalarının ən yaxşı qapalı nümayişləri, son texnologiya və innovasiyaları təqdim olunub.

“META Cinema Forum” dünyada ən böyük kinokonvensiya hesab olunur. Tədbir çoxlu sayda regionları, layihələri, tərəfdaşları əhatə edərək, Yaxın Şərq, Afrika, Asiya və MDB ölkələrindən, eləcə də dünyanın hər yerindən studiyaların nümayəndələrinin iştirak etdiyi kino sənayəsi üçün ən mühim regional foruma çevrildi.

Azərbaycandan “META Cinema Forum”-da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktoru Murat Camçı və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar dünyada öndə gedən film studiyaları ilə növbəti mövsümdə nümayiş olunacaq filmlər üçün müqavilələr imzalayıblar. Həmin şirkətlər arasında Universal Pictures, Sony Pictures, The Walt Disney Company, Paramount Pictures və Warner Bros. studiyaları yer alıblar. Bundan başqa nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla tanış olublar və onları təqdim edən şirkətlərin rəhbərləri ilə görüşlər keçirilib.

“CinemaPlus” öz tamaşaçılarına ən yaxşısını təqdim etmək üçün yeniliklərə davam edərək, bütün dünyada premyerası baş tutmuş filmləri eyni gündə Azərbaycanda olan kinosevərlərə də nümayiş edir.