\
8 Sentyabr 2024 - Bazar günü

Tarkandan Bakı rekordu!

Tarkandan Bakı rekordu!
1809baxış

Meqastar Tarkanın “Baku Crystall Hall”da gerçəkləşəcək konsertinə artıq 18 mindən çox bilet satılıb.

 

Mediapress.az xəbər verir ki, bu ölkəmizdə konsert verən rus və türk müğənnilər arasında rekord göstəricidir.

30 nəfərlik komanda ilə Bakıya gələcək Tarkan səhnədə hitlərini səsləndirəcək. Onun azərbaycanlı dinləyicilərinə sürpriz etməsi də gözlənilir.

Qeyd edək ki, bundan öncə “İticket production”ın təşkilatçılığı ilə Özbəkistan və Qazaxstanda sevənlərinin qarşısına çıxan sənətçi turnesini Azərbaycanda sonlandıracaq.

Banu