\
18 Oktyabr 2024 - Cümə

Zamiq ilin sonunda icazə istədi - VİDEO

Zamiq ilin sonunda icazə istədi - VİDEO
1401baxış

Müğənni Zamiq Hüseynov "İcazə ver" adlı nəğməyə çəkdirdiyi klipini təqdim edib.

Mediapress.az-ın məlumatına görə, bəstənin sözləri Orxan Qarabasma və Saybuya, musiqisi isə Emil Şahinə məxsusdur. Ekran işinin rejissorluğu yenə də Emin Muradova həvalə olunub. Klipdə iki sevən gəncin duyğusal eşqi və anları əks olunub. Zamiq, sadə süjet xəttinə məxsus bu işinin də kifayət qədər uğurlu olacağının əminliyini bildirib.

Qeyd edək ki, pop ulduzun "make - up"ı üzərində stilist Elnur Həsənov çalışıb. Klip ifaçının rəsmi "youtube" kanalına yerləşdirilib.