\
22 Noyabr 2024 - Cümə

"Diqqətli olun, bu mesajı açmayın"

"Diqqətli olun, bu mesajı açmayın"
1586baxış

Xəbər verdiyimiz kimi, son günlər tanınmış simaların instaqram səhifələri oğurlanır. 

Axşam.az-ın məlumatına görə, aparıcı Ranar Musayev, Ceyhun əli, müğənni İradə İbrahimova, idmançı Pərviz Abdullayevdən sonra Xalq artisti Aygün Kazımovanın da 1,4 milyonluq profili ələ keçirilib. 

Ranar artıq səhifəsini geri qaytardığını açıqlayıb:

"Səhifəm artıq təhlükəli deyil, geri qaytara bildik. Təhlükəli səhifələr Ceyhun Əli, Pərviz, dicey Kamran və Aygün Kazımovanın səhifəsidir. Onlardan gələn linkləri açmayın".

Ranar eyni zamanda sosial şəbəkə istifadəçilərinə səhifələrin hansı üsulla ələ keçirildiyini izah edib:

"Bu formada link göndərilir, siz ona daxil olan kimi səhifənizə girirlər. Sizin xəbəriniz olmadan bir neçə gün profilinizdə iş aparırlar, onu telefonunuzdan, e-mail ünvanınızdan ayırırlar. 2-3 gün sonra parolu dəyişirlər və o andan səhifə sizin deyil".