\
22 Noyabr 2024 - Cümə

“Atamı arxamda hiss edirdim” - Dilarə göz yaşı tökdü

“Atamı arxamda hiss edirdim” - Dilarə göz yaşı tökdü
1591baxış
"AZXEBER.COM"un "Gəl Danış” rubrikasının qonağı olan "Maska şou”nun qalibi, müğənni Dilarə Kazımova göz yaşlarını saxlaya bilməyib.
 
Mediapress.az xəbər verir ki, 12 yaşında itirdiyi atasından danışan müğənni kövrək anlar yaşayıb:
“Mən ilk öncə o Dilarəyə sarılardım. Çünki o 12 yaşında atasını itirən Dilarədir. Ona deyərdim ki, hər nə qədər çətin olsa da, özündən şübhə etmə. Öz yolunu seç və irəli get. O zaman hər şeyə nail olacaqsan. Atam mənim konservatoriyada oxumağımı çox arzulayırdı. Hətda psixologiyada da belə bir qayda var ki, insan bir zaman sonra özünə məktub yazmalıdır. Mən də atama məktub yazmağa başladım. Düşünürəm ki, hazırki uğurumdan sonra o məktub bitəcək. Bu layihə boyu mən atamı və Allahı öz yanımda hiss edirdim. Sanki kimsə mənim qolumdan tutub qaldırırdı. Nə olur olsun, bir gün hər şeyin yaxşı olacağına inanmaq lazımdır. Hər birimizin içində bir canavar var. Sadəcə onu oyatmaq lazımdır ki, o da sizinlə birlikdə savaşsın. Ağlamamaq üçün özümü güclə saxlayıram. Ümumiyyətlə çox duyğusal insanam. İnanın ki, bu qalibiyyət mənim üçün vacib idi. Bir ara ümidsizliyə qapıldım, dedim yenə də 3-cü, 4-cü yeri tutacaqsan. Amma ədalət öz yerini tapdı”.