\
27 Iyul 2024 - Şənbə

Zamiq onun yolunu gözləyir - VİDEO

Zamiq onun yolunu gözləyir - VİDEO
1501baxış

Müğənni Zamiq Hüseynov "Səni gözləyirəm" adlı yeni mahnıya çəkilən klipini təqdim edib.

Bəstənin sözləri İsa Mansurov, musiqisi Faiq Sücəddinov, aranjimanı isə Samir Şirinova aiddir.

Mediapress.az-ın məlumatına görə, ekran işinin rejissorluğu yenə də Emin Muradova həvalə olunub.

Klipdə 30 il əvvəl, birinci Qarabağ müharibəsi zamanı bir - birini sevən iki gəncin yaşadığı dərin eşqi, saf, nostalji duyğuları, bununla belə yaşa dolsa da qovuşmaz, iztirablı sevgisi əks olunub. Lirik nəğmə ifaçının rəsmi "youtube" kanalına yerləşdirilib və qısa zamanda xoş rəylər alıb.