Roya Ayxandan sevgililərə hədiyyə - Video
1528
Mediapress.az xəbər verir ki, o, 14 Fevral - Sevgililər Günü münasibətilə "Zülmətəm" adlı yeni mahnısı və klipini pərəstişkarlarına ərməğan edib.
Mahnının söz və musiqisi FARİD AQA-ya məxsusdur.
Estrada ulduzu klipini bu dəfə də türkiyəli rejissor Orçun Mutluya həvalə edib. Röya Ayxan 7 obrazda kamera qarşısına keçib. O. Mutlu buna qədər sənətçinin "Ummadığım anda", "Afaki", "Tez gəl" kliplərini çəkib.
Qeyd edək ki, məhz bu layihə üçün Röya Ayxanın İstanbulda 6 saat çəkən əməliyyatı olub. Xalq artisti üz və göz nahiyəsində dəyişiklik edib.