\
22 Noyabr 2024 - Cümə

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib - Fotolar

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib - Fotolar
1293baxış

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət gününə həsr olunub.

Mediapress.az xəbər verir ki, tədbirdə bir sıra mədəniyyət ocaqlarının nümayəndələri, kənd sakinləri, ictimaiyyət xadimləri həmçinin də jurnalistlər iştirak edib. Qonaqlar sırasında Xalq artisti Tünzalə Ağayeva da var idi. Pop ulduz sarayın foesində nümayış olunan əl işləri ilə yaxından tanış olub mənunluğunu dilə gətirib.

“Doors open day” layihəsinin əsas məqsədi ictimaiyyəti mədəni tədbirlərə cəlb etmək və Mədəniyyət Sarayı ilə yerli əhali arasında əlaqələrin gücləndirilməsidir. Həmçinin Mədəniyyət Sarayına davamiyyəti artırmaq, cəmiyyətdə mədəni maarifləndirməni genişləndirmək və yaradıcılığa həvəsi olan gəncləri cəlb etmək.

Tədbirdə djlərin ifaları, canlı musiqilər, “Rəsm” kursunun tələbələrinin rəsmlərinin sərgisi, “Keramika” dərnəyinin tələbələrinin çinidən hazırlanan əl işlərindən ibarət sərgi, “Biçmə-tikmə” kursunun tələbələrinin əl işləri nümayişi olundu. Bununla yanaşı iki qrupdan ibarət “Şahmat” kursunun tələbələrinin numunəvi oyunu, “Aşpazlıq” kursunun tələbələrinin əl işləri təqdim olundu.

Böyük səhnədə “Lalələr” və “Azad” rəqs ansamblının və Latın Amerika rəqs kursunun çıxışları, kiçik zalda isə Mərdəkan Mədəniyyət Sarayında yeni fəaliyyətə başlayan “Kukla teatrı”nın çıxışı göstərilib.

 

image-img-20240415-wa0365 image-img-20240415-wa0364 image-img-20240415-wa0363