\
2 May 2024 - Cümə axşamı

Röyanın klipi 6 milyon izlənməyə çatdı

Röyanın klipi 6 milyon izlənməyə çatdı
1299baxış
Xalq artisti Röya Ayxan yeni təqdim etdiyi layihələrin uğuru davam edir.
 
Mediapress.az xəbər verir ki, pop ulduzun bir müddət əvvəl təqdim etdiyi  "Zülmətəm” mahnısı "Apple Music” platformasında birinciliyini qoruyub saxlayıb. Klipə yutubda 6 milyondan çox baxılıb. 
 
Xalq artistinin 5 gün əvvəl təqdim etdiyi "Sənə nə” bəstəsi isə "Apple Music”də 3-cü sırada öz yerini tutub və yutubda 300 mindən çox baxış toplayıb. Yutub trendində isə sözügedən mahnı 6-cı pillədədir.
 
Həmçinin, "Sənə nə” TikTok trendlərində, İnstaqram reels-lərində də aktiv istifadə edilir.