\
29 May 2024 - Çərşənbə

"CineMastercard"da “Cadı” filminin Qala gecəsi keçirilib - Fotolar

"CineMastercard"da “Cadı” filminin Qala gecəsi keçirilib - Fotolar
1246baxış

"CineMastercard"da “Cadı” filminin Qala gecəsi keçirilib

 
 

"Dəniz Mall" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında "Cadı" Türk trillerinin Qala gecəsi keçirilib. Film məşhur türk yazıçısı Hüseyin Rahmi Gürpınarın eyniadlı əsəri əsasında çəkilib.

Mediapress.az xəbər verir ki, tədbirdə filmin rejissoru Erman Bostan, operator Şafak Ildız və baş rolları canlandıran məşhur aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk iştirak ediblər.

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlarla şəkil çəkdiriblər.

Film haqqında qısa məlumat: Osmanlı İmperatorluğunun dağılması zamanı gənc dul qalmış Fikriyə Naşit Nefi Əfəndi ilə zorla evləndirilir. Naşit Nefi Əfəndinin malikanəsinə köçən Fikriyə tezliklə malikanədə yaşayan cadugarla bağlı şayiələri eşidir. Bu zaman Fikriyə həm Naşit Nefi Əfəndi, həm də malikanə ilə bağlı sirri aydınlaşdırmaq üçün hərəkətə keçir.

Qeyd edək ki, Furkan Andıç Azərbaycan tamaşaçısına "Kara Tahta", "Her Yerde Sen", "Meryem" seriallarından yaxşı tanışdır. Buse Meral "Bizim Hikaye", "Destan", "Baba" seriallarında, Çağdaş Onur Öztürk isə "Yuvamdaki Düşman", "Avlu", "Ömer" və digər layihələrdə rol alıb.

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 
1
1
1
1
1
1
1
1
facebook sharing button
whatsapp sharing button