\
27 Iyul 2024 - Şənbə

Xalq artisti Röya Ayxanın təxirə düşən Moskva konserti baş tutub

Xalq artisti Röya Ayxanın təxirə düşən Moskva konserti baş tutub
1948baxış
Məşhur müğənni Vegas City Hall-da sevənlərinin qarşısına çıxıb.
 
Mediapress.az xəbər verir ki, xalq artisti “Sold Out” olan musiqili gecədə iki saata yaxın səhnə alıb, onlarla hitlərini pərəstişkarlarına təqdim edib. 
 
Bu dəfə də anşlaq və tamaşaçıların alqışları ilə keçən konsertdə müğənni canlı proqramla çıxış edib. 
 
Müğənni gecəboyu dinləyicilərlə ünsiyyət quraraq onlarla zarafatlaşıb, mahnı istəklərini dəyərləndirib.
 
Tədbirin aparıcısı Rusiyada yaşayan həmyerlimiz Sultan Prince olub.
 
Qeyd edək ki, sənətçi mayın 18-də Sumqayıtda solo konsert verəcək.

 

VİDEO