\
1 Dekabr 2024 - Bazar günü

Əməkdar artistin səhhətində problem yarandı - Video

Əməkdar artistin səhhətində problem yarandı - Video
1253baxış

Əməkdar artist Bəsti Bəkirovanın səhhətində ciddi problem yaranıb.

Mediapress.az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.

Bəkirova bildirib ki, yatanda nəfəs ala bilmədiyi üçün xorulduyur:

"Yatanda nəfəs ala bilmirəm. Buna görə də iki dəfə əməliyyat olunmuşam. Amma heç bir nəticəsi olmayıb. Əksinə, nəfəs almağımla bağlı problemim daha da pisləşib. Artıq heç bir həkimə inamım qalmayıb. Mən yenidən əməliyyat olunub, yalnız və yalnız nəfəs almağımı bərpa etmək istəyirəm. Burnumda estetik əməliyyat olunmasını istəmirəm. İstəyim rahat nəfəs almaqdır. Başqa heç nə".