\
27 Iyul 2024 - Şənbə

Dilarə Kazımova "Ömrün Xanım fəsli" adlı gecədə iştirak edəcək

Dilarə Kazımova "Ömrün Xanım fəsli" adlı gecədə iştirak edəcək
1973baxış

Dilarə Kazımova Xanım İsmayılqızının yaradıcılıq gecəsində iştirak edəcək

Mediapress.az-ın məlumatına görə, Avroviziya təmsilçimiz Dilarə Kazımova Heydər Əliyev Sarayında bəstəkar Xanım İsmayılqızının yaradıcılıq gecəsində iştirak edəcək.

Azadmedia.az xəbər verir ki, estrada ulduzu iyunun 4-də keçiriləcək "Ömrün Xanım fəsli" adlı gecədə ilk dəfə X. İsmayılqızının bəstəsini ifa edəcək.

Qeyd edək ki, tədbirin rejissorluğunu Nail Naiboğlu edəcək. Konsertdə Xalq artistləri Faiq Ağayev, Röya Ayxan, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Fərqanə Qasımova, Mətanət İsgəndərli, Abbas Bağırov, müğənnilər Elnur Hüseynov və başqaları yer alacaqlar. Konsertin özəlliklərindən biri mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarında olan X.İsmayılqızı bəstələrini digər sənətçilər oxuyacaq.