Sevda Sanəliyeva ikinci ərindən də ayrıldı! - EKSKLÜZİV
1219
Tanınmış rəqqasə-müğənni Sevda Sanəliyeva ikinci ərindən də ayrıldı. O, bir az əvvəl qalmaqallı ailə məsələsi ilə bağlı açıqlama verdi:
"Bu gün ayrılığımı təsdiqləyirəm. Çox çırpındım bu ailənin dağılmaması üçün. Amma tək gücüm bu qədər yetdi. Allah bundan sonra balalarıma görə güc versin, onları böyüdüm. Çünki bu yaşda mən yiyəsizliyə dözə bilmirəm, onlar nə edər?"
Xatırladaq ki, Sevda bir dəfə ailəli olub, uğursuz alındığından ikinci dəfə ailə qurub. İkinci həyat yoldaşının ailəsi isə onun müğənni ilə evlənməsinə razılıq verməyib. Bu üzdən qalmaqal yaşayıb. İkinci ərindən iki övladı var.
Könül AYPARA