\
8 Sentyabr 2024 - Bazar günü

Türkiyənin məşhur aktyoru Şuşada - Foto

Türkiyənin məşhur aktyoru Şuşada - Foto
1531baxış

Türkiyənin məşhur ekran əsəri - "Eşkiya dünyaya hökmdar olmaz" serialında İlyas rolunu canlandıran aktyor Ozan Akbaba Şuşaya səfər edib.

Bununla bağlı aktyor Elşən Orucov məlumat yayıb.

Sənətçi Şuşadan həmkarı ilə fotosunu paylaşıb. Görüntüdə türk ssenarist Birol Tezcan da yer alıb.

Ozan Akbaba üç il əvvəl də Şuşaya səfər edib. O zaman aktyor "Nə oldu, Paşinyan?" dediyi videogörüntü ilə yadda qalmışdı.

Bildirək ki, Ozan Akbaba əslən azərbaycanlıdır.