\
22 Noyabr 2024 - Cümə

Dilarənin korset sevgisi, 8 günə yaranan “qara imperatriça” obrazı

Dilarənin korset sevgisi, 8 günə yaranan “qara imperatriça” obrazı
1091baxış
Müğənni Dilarə Kazımovanın  “ “DREAM Fest”in qara imperatriçası” obrazının səs- küyü hələ də davam edir. 
 
Mediapress.az xəbər verir ki sənətçi ulduzlar keçidində başdan sona qədər qara “look”da addımlayaraq rus və yerli mediada gündəm olmuşdu. Hətta rusiya mətbuatı onunla bağlı “ qara imperatriça” şərhini yazıb.
Kazımovanın geyindiyi qara korset və uzun, lakin dərin yırtmaclı olan ətəyi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Belə ki, əcnəbi komanda tərəfindən ifaçının öz seçiminə uyğun hazırlanıb.   
 
Dizayner Samirə İsmayılovanın müəllifi olduğu 6 metrlik ətək  və obraz 190 saata yaranıb. Korsetləri sevdiyini bildirən Dilarə bu dəfə də rusiyada populyar simalarla əməkdaşlıq edən Saşa Amplituda tərəfindən xüsusi onun fərqli bir formada qara korsert təqdim olunub.  
 
 Pop ulduzun staylinqi üzərində Cabir Əliyev çalışıb.